• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Azərbaycan Türkiyədən nə qədər mal alıb? - Rəqəmlər

DÜNYA

09 Noyabr 2026 | 09:49 | Müəllif: Əli Hüseynov

Azərbaycan Türkiyədən nə qədər mal alıb? - Rəqəmlər

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 1 975.498 milyon ABŞ dolları dəyərində mal idxal edib.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0.3% azdır.

10 ay ərzində Azərbaycana tədarük Türkiyənin ümumi ixracının 1%-ni təşkil edib.

Oktyabrda isə Türkiyə Azərbaycana 207.181 milyon ABŞ dolları dəyərində mal ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 16.2% azdır.

Yanvar-oktyabr aylarında Türkiyədən ən çox mal idxalını Almaniya (17 322 milyon ABŞ dolları,1 il əvvələ nisbətən 4.2% çox), ABŞ (12 515 milyon ABŞ dolları, 15.6% çox) və Birləşmiş Krallıq (11 878 milyon ABŞ dolları, 3% çox) həyata keçirib.

Türkiyənin mal ixracının ümumi dəyəri illik müqayisədə 6% artaraq 206 037.715 milyon ABŞ dollarına, oktyabr ayında isə 6.6% artaraq 22 334.023 milyon ABŞ dollarına çatıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026