• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ərdoğan İzmirdəki zavod qəzasını nəzarətə götürüb

DÜNYA

09 Noyabr 2026 | 18:44 | Müəllif: Zeynəb Rzayeva

Ərdoğan İzmirdəki zavod qəzasını nəzarətə götürüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmirin Aliağa rayonundakı dəmir-polad zavodunda baş vermiş partlayışla bağlı prosesləri yaxından izləyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Ərdoğan 10 nəfərin həyatını itirdiyi, 4-ü ağır olmaqla 15 nəfərin yaralandığı qəzadan sonra Daxili İşlər naziri Mustafa Çiftçi və Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar ilə danışıqlar aparıb.

O, hadisənin təfərrüatları, eləcə də ərazidə yürüdülən xilasetmə və fəsadların aradan qaldırılması işləri barədə ətraflı məlumat alıb.

Qeyd edək ki, hadisə Bozköy məhəlləsində fəaliyyət göstərən "HABAŞ Demir Çelik A.Ş." müəssisəsində saat 12:00 radələrində qeydə alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026