• Bakı 7° C

    8.18 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Bitcoin"in qiyməti 74,2 min dollara kimi enib

İQTİSADİYYAT

09 Noyabr 2026 | 10:43 | Müəllif: Əli Hüseynov

"Bitcoin"in qiyməti 74,2 min dollara kimi enib

Kriptovalyuta bazarında son 24 saat ərzində əsas rəqəmsal aktivlərin əksəriyyətində ucuzlaşma qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin” son sutkada 2% ucuzlaşaraq 74 201.19 ABŞ dollarına enib. Kriptovalyutanın qiyməti son 7 gündə isə 4,89% azalıb.

    “Ethereum” 2 120.06 dollara, BNB 681.50 dollara kimi ucuzlaşıb. “XRP” 6,04% ucuzlaşaraq 1.09 dollara, “Solana” da 3,23% ucuzlaşaraq 86.23 dollara enib.

    Bununla yanaşı, “Dogecoin” 2,96% ucuzlaşaraq 0.06899 dollara, “Hyperliquid” 4,06% azalaraq 74.22 dollara, “Zcash” 3,75% geriləyərək 1 214.38 dollara düşüb. “Monero”nun qiyməti isə 0,23% azalaraq 595.43 dollar təşkil edib.

    Qeyd edək ki, son 24 saat ərzində yalnız bəzi rəqəmsal aktivlərdə cüzi artım qeydə alınıb. Belə ki, “TRON” 1,07% ucuzlaşsa da, son 7 gündə 0,99% bahalaşıb. “Tether” və “USD Coin”in qiymətlərində isə ciddi dəyişiklik olmayıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    24 Noyabr 2026