• Bakı 11° C

    0.75 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Türkiyədə yeni neft yataqları tapıldı - 135 milyon barel potensialı var

DÜNYA

09 Noyabr 2026 | 21:11 | Müəllif: Subhan Mahmudov

Türkiyədə yeni neft yataqları tapıldı - 135 milyon barel potensialı var

Türkiyənin Gabar bölgəsində daha iki sahədə ümumilikdə 135 milyon barel neft potensialı müəyyən edilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hazırda Gabar bölgəsində Türkiyənin ən keyfiyyətli nefti hesab olunan 75,4 milyon barel neft hasil edilir.

Ərdoğan bildirib ki, Qara dənizdə hasil olunan təbii qaz hazırda 4 milyon ev təsərrüfatının tələbatını ödəyir. "Osmangazi" gəmisinin fəaliyyəti ilə bu göstəricinin 8 milyon ev təsərrüfatına çatdırılması nəzərdə tutulur.

Türkiyə Prezidenti qeyd edib ki, 2027-ci ilin ikinci yarısında bölgədə təxminən 230 quyunun istismara verilməsi ilə gündəlik neft hasilatının 100 min bareli ötəcəyi gözlənilir.

Onun sözlərinə görə, bu, ölkə iqtisadiyyatına ildə 4,4 milyard dollar töhfə verəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026