• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

İran ABŞ-yə danışıqlar üçün iki gün vaxt verdi

DÜNYA

09 Noyabr 2026 | 17:58 | Müəllif: Zeynəb Rzayeva

İran ABŞ-yə danışıqlar üçün iki gün vaxt verdi

İran ABŞ ilə sülh danışıqlarının bərpası üçün irəli sürdüyü müddəti yeddi gündən iki günə endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayiyə istinadən məlumat yayıb.

Bəqayi həftəlik mətbuat konfransında Tehranın danışıqların bərpası ilə bağlı şərtlərini müdafiə edərək onları ən məntiqli təklif adlandırıb:

“Danışıqlar başlamazdan əvvəl ABŞ-nin qanunsuz sanksiyalarının və dəniz blokadasının aradan qaldırılmasını, eləcə də bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılmasını tələb etmək məntiqsizdirmi?”

Bununla da İran rəsmisi ABŞ Dövlət katibi Marko Rubionun Tehranın bəzi şərtlərini “qəbuledilməz, absurd və gülünc” adlandırmasına cavab verib.

Bəqayi həmçinin ABŞ-nin İranla sərhəd keçidlərinin böyük hissəsini bağlaması üçün İraqa təzyiq göstərdiyini iddia edib. O, bunun Tehranla Bağdad arasındakı münasibətlərə təsir etməməli olduğunu vurğulayıb.

Qeyd edək ki, Rubio İranla danışıqlarda irəliləyiş əldə olunması perspektivinə şübhə ilə yanaşdığını bildirib.

ABŞ Prezidenti Donald Tramp isə danışıqlarda ciddi irəliləyiş olacağı təqdirdə İrana yeni zərbələr endirilməsi barədə əmr verməyəcəyini açıqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR