• Bakı 8° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

ABŞ-də zavodda kimyəvi SIZMA

DÜNYA

10 Noyabr 2026 | 09:41 | Müəllif: Subhan Mahmudov

ABŞ-də zavodda kimyəvi SIZMA

ABŞ-ın Kaliforniya ştatında nar şirəsi istehsal edən “POM Wonderful” şirkətinin zavodunda kimyəvi sızma baş verib.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər xəstəxanaya yerləşdirilib. 

Şirkətin məlumatına görə, sənaye təmizləyici vasitənin boru kəmərinə tökülməsi nəticəsində zəhərli buxarlar ətrafa və yaxınlıqdakı binalara yayılıb. Hadisə ilə əlaqədar zavoddan 150-dən çox işçi təxliyə edilib.

Yerli yanğınsöndürmə xidmətinin nümayəndəsinin sözlərinə görə, ümumilikdə 58 nəfərə tibbi yardım göstərilib, onlardan 11-i xəstəxanaya aparılıb.

Bildirilib ki, hadisədən yerli sakinlərə və ətraf mühitə zərər dəyməyib. Boru kəməri təmir olunduqdan sonra zavod fəaliyyətini bərpa edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026