• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Pentaqon: ABŞ-ın Avropanın müdafiəsini maliyyələşdirdiyi dövr başa çatır

DÜNYA

10 Noyabr 2026 | 00:28 | Müəllif: Subhan Mahmudov

Pentaqon: ABŞ-ın Avropanın müdafiəsini maliyyələşdirdiyi dövr başa çatır

ABŞ Avropanın müdafiəsinə maliyyə dəstəyi göstərdiyi dövrə son qoyur və müttəfiqlərindən müdafiə xərclərinin daha ədalətli bölüşdürülməsini tələb edir.

    Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Pit Heqset Rod-Aylend ştatının Nyuport şəhərində yerləşən Hərbi Dəniz Kollecində çıxışı zamanı bildirib.

    Onun sözlərinə görə, Prezident Donald Trampın “Əvvəlcə Amerika” xarici siyasət konsepsiyası və 2026-cı il Milli Müdafiə Strategiyası çərçivəsində Vaşinqtonun son 80 ildə dövlət siyasətini müəyyənləşdirən yanaşmaları yenidən nəzərdən keçirilib.

    “Məsələn, biz Avropa ilə münasibətlərimizə yenidən baxırıq, müdafiənin subsidiyalaşdırılması dövrünə son qoyuruq və müttəfiqlərimizdən məsuliyyət yükünün real şəkildə bölüşdürülməsini tələb edirik”, – Heqset vurğulayıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    24 Noyabr 2026