• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Zakir Qaralovun əmisi qızı vəzifəsindən azad edildi

CƏMİYYƏT

09 Noyabr 2026 | 22:01 | Müəllif: Subhan Mahmudov

Zakir Qaralovun əmisi qızı vəzifəsindən azad edildi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Xocəsən Sağlamlıq Mərkəzinin direktoru vəzifəsindən azad olunub.

Bakıvaxtı.az Qaynarinfo-ya istinadla xəbər verir ki, mərkəzin direktoru Mehriban Qaralova son yaş həddi ilə əlaqədar vəzifəsindən azad olunaraq, təqaüdə yola salınıb. Onun yerinə Səbinə Məmmədova gətirilib.

Qeyd edək ki, Mehriban Qaralova 2022-ci ilin noyabr ayında Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktor vəzifəsindən azad edilərək sözügedən vəzifəyə gətirilmişdi.

O, sabiq baş prokuror Zakir Qaralovun əmisi, mərhum YAP-çı deputat, professor Zahid Qaralovun qızıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026