• Bakı 8° C

    0.47 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Haaland “Qızıl oyunçu” oldu

İDMAN

09 Noyabr 2026 | 23:33 | Müəllif: Subhan Mahmudov

Haaland “Qızıl oyunçu” oldu

Avropanın müxtəlif ölkələrindən olan 50 aparıcı idman jurnalistinin səsverməsi nəticəsində “Barselona” və İspaniya milli komandasının 19 yaşlı mərkəz müdafiəçisi Pau Kubarsi 2026-cı ilin “Golden Boy” mükafatına layiq görülüb.

Bakıvaxtı.az xəbər verir ki, Kubarsi 2018-ci ildə bu titulu qazanan Matteys de Liqtdən sonra bu mükafatı əldə edən ilk müdafiəçi kimi futbol tarixinə düşüb.

O, bu uğurla ötən il mükafatı qazanan “Paris Sen-Jermen”in üzvü Dezire Duenin estafetini təhvil alıb.

2018-ci ildən etibarən genişləndirilən mükafat təqdimatında digər əsas nominasiyaların da qalibləri elan olunub. İlin ən yaxşı yaşlı oyunçusu nominasiyasında “Golden Player” mükafatına “Mançester Siti”nin hücumçusu Erlinq Haaland layiq görülüb. “Atalanta” yetirməsi olan, hazırda “Çelsi”yə məxsus olub icarə əsasında “Kristal Pelas”da çıxış edən müdafiəçi Honest Ahanor isə “İtalian Golden Boy” mükafatını qazanıb.

Klub rəhbərliyi və idarəçiliyi sahəsində “Barselona” prezidenti Xuan Laporta “Ən Yaxşı Prezident”, “Arsenal”ın nümayəndəsi Andrea Berta “Ən Yaxşı İdarəçi”, Xorxe Mendeş isə “Ən Yaxşı Agent” elan edilib.

Qeyd edək ki, 2003-cü ildən təqdim edilən mükafatın keçmiş qalibləri sırasında Lionel Messi, Ueyn Runi, Kilian Mbappe, Cud Bellinqem və Lamin Yamal kimi dünya ulduzları var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026