• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Trampın Ukrayna ilə bağlı niyyəti budur - Kuşner

DÜNYA

10 Noyabr 2026 | 10:36 | Müəllif: Subhan Mahmudov

Trampın Ukrayna ilə bağlı niyyəti budur - Kuşner

Donald Tramp Ukraynada müharibəyə son qoymaq, həmçinin suveren, təhlükəsiz və çiçəklənən dövlətin formalaşması üçün şərait yaratmaq niyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri ABŞ prezidentinin kürəkəni və xüsusi nümayəndəsi Cared Kuşner bildirib.

“Biz münaqişənin danışıqlar yolu ilə həlli üçün bütün səylərimizi göstəririk. Məqsədimiz davamlı sülhə nail olmaq, daha sabit Avropa təhlükəsizlik mühiti çərçivəsində suveren, təhlükəsiz və çiçəklənən Ukraynanın formalaşması üçün şərait yaratmaqdır”, – deyə o yazıb.

Xüsusi nümayəndənin sözlərinə görə, o, Avropa təhlükəsizliyi və müharibədən sonrakı Ukraynanın gələcəyi ilə bağlı məsləhətləşmələri və koordinasiyanı davam etdirmək məqsədilə Ukrayna, Avropa Birliyi və NATO-dan olan ABŞ tərəfdaşları ilə görüşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026