• Bakı 10° C

    7.09 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır

DÜNYA

10 Noyabr 2026 | 21:21 | Müəllif: Əli Hüseynov

Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır

İranla ABŞ arasında danışıqlar aparılmır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai bildirib.

"Vurğulayıram ki, hazırda amerikalılarla heç bir danışığımız yoxdur və Tehranla Vaşinqton arasında dialoq getmir", - o bildirib.

Rezai xatırladıb ki, İranın şərtləri Vaşinqtona göndərilib:

"Amerikalılardan şərtlərimizə açıq və aydın cavab vermələrini istəmişik, lakin indiyə qədər belə bir cavab təqdim etməyiblər. Amerikanın cavabı aldadıcıdır.

İranla danışıqların davam etdirilməsi və Qətərdə görüşün keçirilməsi ilə bağlı bütün iddiaları yalandır. Hörmüz boğazı İranın 7 şərti yerinə yetirilənə qədər açılmayacaq".

Bunun davamı olaraq Rezai bildirib ki, onun ABŞ Vitse-prezidenti Cey Di Venslə görüşü planlaşdırılmır. "Mənim Venslə görüşümün planlaşdırılması haqqında yayılan xəbərlər tamamilə yanlış və əsassızdır", - o deyib və əlavə edib ki, ABŞ-nin danışıqların davam etdirilməsi ilə bağlı iddiaları iqtisadi təzyiqləri azaltmaq və neftin qiymətini aşağı salmaq məqsədilə irəli sürülüb.

Xatırladaq ki, ABŞ dövlət katibi Marko Rubio İranın qabartdığı 7 şərti absurd adlandırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026