• Bakı 10° C

    7.09 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Amerika səfirliyi avtomobillərini satır

HADİSƏ

16 Noyabr 2026 | 10:38 | Müəllif: Əli Hüseynov

Amerika səfirliyi avtomobillərini satır

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi istifadədə olmuş əmlakların satışı üçün növbəti onlayn hərracını elan edib.

Bakıvaxtı.az xəbər verir ki, hərracda məişət texnikası, metal stullar, bağ mebelləri, müxtəlif təyinatlı əşyalar, həmçinin 2012 və 2013-cü il istehsalı olan "Toyota Land Cruiser" markalı avtomobillər satışa çıxarılıb.

Səfirliyin məlumatına görə, Bakı üzrə növbəti hərrac sessiyası bu gün başlayıb və 18 noyabr saat 10:00-da bağlanacaq.

Qeyd olunub ki, qalib gəlmiş şəxslər etibarlı şəxsiyyəti təsdiq edən şəkilli sənəd təqdim etməli və ödənişi Azərbaycan manatı ilə nağd şəkildə həyata keçirməlidirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026