• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Zəhərli ilan bildilər, xilasetmə qrupu gələndə isə...

CƏMİYYƏT

16 Noyabr 2026 | 00:25 | Müəllif: Əli Hüseynov

Zəhərli ilan bildilər, xilasetmə qrupu gələndə isə...

Polşada su sayğacının yerləşdiyi kamerada aşkarlanan 19 sürünən əvvəlcə zəhərli gürzə hesab edilib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Polşanın cənubunda sakinlər su sayğacının yerləşdiyi yeraltı kamerada zəhərli ilanların olduğunu bildiriblər.

Hadisə yerinə gələn heyvan xilasediciləri isə gözlənilməz mənzərə ilə qarşılaşıblar. Kamerada 19 ədəd zərərsiz, ayaqsız kərtənkələ — slow worm aşkarlanıb.

Sürünənlər soyuq havadan qorunmaq üçün kameraya sığınıblar. Lakin divarların sürüşkən və şaquli olması onların yenidən səthə çıxmasına imkan verməyib.

Heyvanlar xilas edilərək reabilitasiya mərkəzinə aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026