• Bakı 10° C

    7.09 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Vens prezidentliyə namizəd olacaq?

DÜNYA

16 Noyabr 2026 | 10:42 | Müəllif: Əli Hüseynov

Vens prezidentliyə namizəd olacaq?

ABŞ-nin vitse-prezidenti Cey Di Vens 2028-ci il prezident seçkisində iştirak etmək üçün öz namizədliyini irəli sürüb-sürməyəcəyinə dair qəti qərarını hələ qəbul etməyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Axios" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Vensin yeni ilə qədər son qərarını verəcəyi gözlənilmir.

Materialda qeyd olunur ki, siyasətçi hazırda bu məsələni öz ailə üzvləri ilə müzakirə edir. Mənbələr həmçinin bildiriblər ki, vitse-prezident gələcək planlarını yaz fəslinin sonlarında rəsmən elan edə bilər.

Noyabrın 13-də CNN telekanalı Respublikaçılar Partiyasının Konqresə aralıq seçkidəki məğlubiyyətindən sonra Vensin 2028-ci il prezident seçkisinə qatılmaqdan vaz keçə biləcəyi barədə məlumat yayıb. İddiaya görə, vitse-prezidentin qərarına təsir göstərən əsas faktorlardan biri İranla davam edən müharibədir.

ABŞ Prezidenti Donald Tramp 2028-ci ildə keçiriləcək prezident seçkisində Vensi dəstəkləyib-dəstəkləməyəcəyini sentyabr ayında bu haqda danışarkən bəyan etməyib və bununla bağlı danışmağın hələ tez olduğunu vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026