• Bakı 11° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi - YENİLƏNİB

HADİSƏ

15 Noyabr 2026 | 18:07 | Müəllif: Zeynəb Rzayeva

Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi - YENİLƏNİB

"Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək".

Bakıvaxtı.az xəbər verir ki, bunu "Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma" İctimai Birliyinin sədri Elşən Uluxanlı Musavat.com-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Milli Qəhrəman sabah saat 14:00-da İkinci Fəxri xiyabanda dəfn olunacaq.

***

16:45

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev uzun sürən xəstəlikdən sonra 54 yaşında vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ölkə.az-a onun yaxınları məlumat verib.

Milli Qəhrəman noyabrın 15-də müalicə olunduğu Milli Onkologiya Mərkəzində dünyasını dəyişib. 

Mərhum noyabrın 16-da İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, bir müddət əvvəl E.Əliyevin səhhətində ciddi problemlər yaranmışdı. O, oktyabrın 18-də Yeni Klinikaya yerləşdirilmişdi. Vəziyyəti daha da ağırlaşdığına görə Milli Onkologiya Mərkəzinə köçürülmüşdü. O, son günlər süni nəfəs aparatına qoşulmuşdu. 

Allah rəhmət eləsin!


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026