• Bakı 8° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Çin iflic edir: "Mersedes" zavodlarını bağlayır

DÜNYA

15 Noyabr 2026 | 23:02 | Müəllif: Əli Hüseynov

Çin iflic edir: "Mersedes" zavodlarını bağlayır

“Mersedes-Benz” şirkətinin rəhbərliyi Almaniyadakı müəssisələrinə edilən bütün yeni investisiyaları dondurmağı və bəzi zavodların bağlanması ehtimalını araşdırır.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bu addım Almaniyada avtomobil istehsalındakı yüksək xərcləri azaltmaq istəyi ilə izah olunur.

Şirkət rəhbərliyinin açıqlamasına görə, həmkarlar ittifaqları ilə əmək haqqı xərclərinin azaldılması istiqamətində razılıq əldə etmək mümkün olmayıb. Daha əvvəl işçilər danışıqlarda irəliləyiş əldə olunmayacağı təqdirdə konsernin Almaniyadakı iki zavodu bağlaya biləcəyi barədə xəbərdar edilmişdilər.

İnvestisiyaların dondurulması qərarı alman avtomobil sənayesinin "ən ciddi böhranı" fonunda qəbul edilib. Daha əvvəl “Volksvagen” də genişmiqyaslı struktur dəyişiklikləri elan etmişdi ki, bu da Almaniyada dörd zavodun bağlanmasına və minlərlə iş yerinin ixtisarına səbəb ola bilər.

Mütəxəssislərin qiymətləndirmələrinə görə, Çin istehsalçılarının güclənən rəqabəti və artan istehsal xərcləri fonunda 2030-cu ilə qədər Almaniyanın avtomobil sənayesi azı 200 min iş yerini itirə bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026