• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

İsmayıl Bəqai: İran AEBA ilə əməkdaşlıqda dəyişiklik gözləmir

DÜNYA

15 Noyabr 2026 | 13:32 | Müəllif: Zeynəb Rzayeva

İsmayıl Bəqai: İran AEBA ilə əməkdaşlıqda dəyişiklik gözləmir

"Mövcud vəziyyət davam etdiyi müddətdə İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında əməkdaşlıqda dəyişiklik gözləyə bilmərik".

Bakıvaxtı.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai mətbuat konfransında deyib.

O bildirib ki, danışıqlar mərhələsində AEBA-nın təminatı altında olan nüvə obyektlərinə ABŞ və İsrail tərəfindən zərbələr endirilib, lakin agentlik, onun Rəhbərlər Şurası və baş direktoru bu faktı görməzdən gəlirlər.

Diplomat həmçinin İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin (NSYM) iştirakçısı olaraq qaldığını və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyini qeyd edib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026