İran ABŞ Prezidenti Donald Trampı və onun administrasiyasının yüksəkvəzifəli rəsmilərini hədəfə almağı planlaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin “Mossad” kəşfiyyat xidmətinin Vaşinqtona xəbərdarlıq etdiyi bildirilir.
“Israel Hayom” qəzetinin hər iki ölkənin yüksəkvəzifəli rəsmilərinə istinadən yaydığı məlumata görə, “Mossad” ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) Tehranın partlayıcılarla təchiz edilmiş pilotsuz uçuş aparatlarından istifadə etməklə hücumlar hazırladığı barədə məlumat ötürüb. Xəbərdarlıqda mümkün hücum vasitələri də göstərilib.
Məlumatın başqa bir Qərb kəşfiyyat xidməti tərəfindən də təsdiqləndiyi iddia olunur.
Nəşrin mənbələri bildiriblər ki, bu təhdidlər Tramp administrasiyasının İranla danışıqlara yanaşmasını dəyişən əsas amillərdən biri olub. Təhlükəsizlik tədbirləri gücləndirilib, ABŞ rəsmilərinin açıq hava tədbirlərində iştirakı azaldılıb.
İran Trampı öldürməyi planlaşdırır - İsrail kəşfiyyatı sui-qəsd ssenarisini açıqladı
DÜNYA
15 Noyabr 2026 | 12:10 | Müəllif: Zeynəb Rzayeva

SON XƏBƏRLƏR
22 Noyabr 2026
21 Noyabr 2026















