• Bakı 15° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Ancelina Coli həmin pulla özünə yeni malikanə aldı

DÜNYA

15 Noyabr 2026 | 09:56 | Müəllif: Zeynəb Rzayeva

Ancelina Coli həmin pulla özünə yeni malikanə aldı

Hollivud ulduzu Ancelina Coli Los-Ancelesdəki evini satdıqdan sonra Konnektikut ştatında mülk alıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Page Six" nəşri məlumat yayıb. Aktrisanın bu ştatdakı qonşuları arasında Kit Riçards, Maykl C. Foks və Meril Strip kimi məşhurlar da var.

Qeyd edək ki, sentyabrın 24-də Ancelina Coli Los-Ancelesdəki evini 24,75 milyon dollara (təxminən 42 milyon manat) satıb. Vaxtilə rejissor Sesil B.DeMillə məxsus olan malikanəni aktrisa 2017-ci ildə, Bred Pittlə boşandıqdan bir il sonra 24,5 milyon dollara (təxminən 41,65 milyon manat) almışdı.

Colinin Nyu-Yorkda da müvəqqəti yaşayış üçün istifadə etdiyi daşınmaz əmlakı var. /Axşam.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026