Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək qətlə yetirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb.
Bildirilib ki, banket zallarından birində keçirilən tədbirdə iştirak edən idmançı binadan çıxdıqdan sonra qara rəngli avtomobildən ona atəş açılıb.
Güllələrdən biri Davudovun başına dəyib. Ağır yaralanan samboçu xəstəxanaya aparılarkən yolda həyatını itirib.
Silahlı hücumu törədən şəxslər hadisə yerindən qaçıblar.
Qeyd edək ki, Məhəmməd Davudov 2016-cı ildə cüdo üzrə Avropa Kubokunun qalibi, 2023-cü ildə isə sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı olub.
















