• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ABŞ Ukrayna hərbçilərinin hazırlığını artırıb

DÜNYA

13 Noyabr 2026 | 23:50 | Müəllif: Subhan Mahmudov

ABŞ Ukrayna hərbçilərinin hazırlığını artırıb

ABŞ 2026-cı ilin III rübündə Ukrayna Silahlı Qüvvələrinin (USQ) hazırlıq miqyasını 25%-dən çox genişləndirib.

Bakıvaxtı.az xəbər verir ki, bu məlumatlar Pentaqonun və ABŞ Dövlət Departamentinin baş müfəttişləri tərəfindən hazırlanmış yeni məruzədə yer alıb.

ABŞ-nin qanunverici hakimiyyət qolunun baxılmasına təqdim edilmiş sənəddə, USQ-nin hazırlıq miqyası əvvəlki rüblə müqayisədə 25,6% artıb.

"(Üçüncü) rüb ərzində təxminən 722 Ukrayna hərbi qulluqçusuna təlim keçirilib", - hesabatda deyilir. Bu, 2026-cı il iyulun 1-dən sentyabrın 30-dək olan dövrü əhatə edir.

"USQ-yə amerikalı təlimatçılar tərəfindən təlimlər "Almaniya, (tanınmamış) Kosovo, Polşa, Rumıniya, İspaniya, Ukrayna və Birləşmiş Ştatlardakı obyektlərdə keçirilib. Bu proqramların ən əhəmiyyətli hissəsi Almaniyanın Qrafenvör şəhərində reallaşdırılıb", - sənəddə izah olunur.

Qeyd olunub ki, ABŞ USQ-yə Bradley zirehli maşınları, "Stryker" zirehli transportyorları və "HIMARS YARS" daxil olmaqla, müxtəlif növ silahların tətbiqini və onlara texniki xidməti, habelə batalyon və briqada səviyyəsində kəşfiyyat funksiyalarının təkmilləşdirilməsini öyrədib.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026