• Bakı 10° C

    5.49 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

İran radar sistemimizi vurmayıb - ABŞ-dən təkzib

DÜNYA

13 Noyabr 2026 | 23:27 | Müəllif: Subhan Mahmudov

İran radar sistemimizi vurmayıb - ABŞ-dən təkzib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyn istiqamətində iki PUA göndərib. Hər iki uçuş aparatı ABŞ qüvvələri tərəfindən zərərsizləşdirilib. Hadisə nəticəsində xəsarət alan olmayıb və heç bir ziyan dəyməyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) X hesabında paylaşım edib.

Qeyd edək ki, bu gün SEPAH-ın ABŞ-nin Sirik şəhərinə endirdiyi hava zərbəsinə cavab olaraq Bəhreyndəki ABŞ-a məxsus erkən xəbərdarlıq radar sistemini məhv etdiyi xəbəri yayılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026