• Bakı 13° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Azərbaycan FAMEX-ə dəvət edilib

SİYASƏT

14 Noyabr 2026 | 19:42 | Müəllif: Gülşən Şərif

Azərbaycan FAMEX-ə dəvət edilib

Azərbaycan Meksika Aerokosmik Sərgisinə (FAMEX) dəvət olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu dəvət FAMEX Komitəsinin nümayəndələrinin Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyevlə görüşündə səsləndirilib.

"Diplomatik görüş zamanı aerokosmik, təhlükəsizlik, müdafiə və hava limanı bağlantısı sahələrində texnoloji inkişafı təşviq etmək məqsədilə Azərbaycana FAMEX 2027-də iştirak etmək üçün səmimi dəvət təqdim edilib", - Azərbaycanın Meksikadakı səfirliyinin məlumatında bildirilib.

Əlavə edilib ki, Azərbaycanın iştirakı qlobal sənaye üçün yeni biznes imkanlarını təşviq etməklə yanaşı, hər iki ölkə arasında institusional və ticari əlaqələri gücləndirərək FAMEX 2027-nin beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək.

Qeyd edək ki, sərgi 2027-ci ilin 20–24 aprel tarixlərində Meksika ştatının Santa Lusiya aviabazasında təşkil ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026