Ali təhsil müəssisələrinə "Tədqiqat universiteti" statusu verilməsi üçün tələblər təsdiq edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərarla ali təhsil müəssisələrinə "Tədqiqat universiteti" statusu Elm və Təhsil Nazirliyinin təklifləri əsasında
Nazirlər Kabineti tərəfindən beş il müddətinə verilir.
















