• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib

SİYASƏT

13 Noyabr 2026 | 16:05 | Müəllif: Zeynəb Rzayeva

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) baş verən ağır yol qəzası ilə bağlı başsağlığı verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) X hesabında paylaşım edib.

Paylaşımda BƏƏ-nin Fujeyra Əmirliyində 14 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnən ağır yol qəzasından dərin kədər hissi keçirildiyi bildirilib.

Qeyd olunub ki, Azərbaycan həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa arzulayır.

Azərbaycanın bu ağır gündə BƏƏ ilə həmrəy olduğu vurğulanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026