• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İrandan XƏBƏRDARLIQ: ABŞ-İsrail təcavüzünə qoşulmayın

SİYASƏT

13 Noyabr 2026 | 12:58 | Müəllif: Gülşən Şərif

İrandan XƏBƏRDARLIQ: ABŞ-İsrail təcavüzünə qoşulmayın

İran Xarici İşlər Nazirliyi ölkələrə ABŞ və İsrailin İrana qarşı təcavüzünə qoşulmamaq barədə xəbərdarlıq edib.

Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə nazirliyin sözçüsü İsmayıl Bəqai "X" hesabında yazıb.

O bildirib ki, bəzi ölkələr ABŞ-nin təzyiqi ilə regional proseslərə və Hörmüz boğazına müdaxilə edə bilər. 

"Belə addımlar, hətta naviqasiya azadlığı və ya piratçılığa qarşı mübarizə adı altında olsa belə, İrana qarşı düşmənçilik kimi qiymətləndiriləcək. Dəniz qüvvələrinin yerləşdirilməsi, hərbi və logistik dəstək də daxil olmaqla, istənilən birbaşa və ya dolayı iştirak qanunsuz hesab olunacaq və BMT Nizamnaməsinin pozulması deməkdir", - deyə Bəqayi qeyd edib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026