• Bakı 14° C

    6.62 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

"Microsoft"un işində yenidən problem yaranıb

DÜNYA

13 Noyabr 2026 | 14:23 | Müəllif: Günəş Mərd

"Microsoft"un işində yenidən problem yaranıb

Müxtəlif ölkələrdən olan istifadəçilər "Microsoft" xidmətlərində yaranan texniki problemlərlə bağlı şikayətlər edirlər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Downdetector" platformasının məlumatlarında bildirilir.

Qeyd olunur ki, noyabrın 13-də səhər saatlarından etibarən Hindistan, Almaniya, Niderland, Fransa və digər ölkələrdə istifadəçilər Outlook elektron poçt xidmətində problemlərlə üzləşiblər.

Bundan başqa, "Microsoft" 365, Teams, Store və Copilot xidmətlərində də nasazlıqlar qeydə alınıb.

Xatırladaq ki, noyabrın 12-də "Microsoft" sistemində baş verən texniki nasazlıq Exchange Online bulud e-poçt xidməti və digər Microsoft 365 məhsullarının fəaliyyətində fasilələrə səbəb olmuşdu. Həmin vaxt əsasən Şimali və Cənubi Amerikadakı istifadəçilər elektron poçta girişlə bağlı çətinliklər yaşadıqlarını bildirmişdilər.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026