• Bakı 10° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Müəllimlərin sertifikatlaşdırılmasına başlanılır

CƏMİYYƏT

13 Noyabr 2026 | 10:57 | Müəllif: Əli Hüseynov

Müəllimlərin sertifikatlaşdırılmasına başlanılır

5–6 dekabr tarixlərində dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllim və metodistlərin sertifikatlaşdırılması üzrə test imtahanı keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, imtahanda iştirakçılara məktəbəqədər təhsilin məzmunu və metodikası, uşaq və yaş psixologiyası üzrə ümumilikdə 60 sual təqdim olunacaq.

Test imtahanı kompüter vasitəsilə elektron qaydada keçiriləcək və iştirakçılara sualları cavablandırmaq üçün 120 dəqiqə vaxt veriləcək. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək. Səhv cavablar və ya cavablandırılmayan suallar isə nəticəyə mənfi təsir göstərməyəcək.

Sertifikatlaşdırmanın əsas məqsədi məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji işçilərin peşəkarlıq səviyyəsini və peşə yararlılığını yoxlamaq, onların peşəkar inkişafını dəstəkləmək və təlim ehtiyaclarını müəyyənləşdirməkdir.

Qanunvericiliyə əsasən, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və məzuniyyət başa çatdıqdan sonra bir ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar, uşağını təkbaşına böyüdən kişilər, ilk dəfə işə qəbul olunan şəxslər (üç il müddətində), eləcə də azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər bu prosesə cəlb edilməyəcəklər. 60 və daha yuxarı yaşda olan şəxslərin iştirakı isə könüllüdür.

Qeyd edək ki, sertifikatlaşdırmanın 14 şəhər üzrə 21 mərkəzdə keçirilməsi və prosesdə 9 minə yaxın şəxsin iştirakı gözlənilir.

İmtahanın vaxtı və keçiriləcəyi məkan barədə məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndərilib. Test nəticələri avtomatlaşdırılmış qaydada hesablanacaq və imtahan başa çatdıqdan dərhal sonra elan ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026