• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Moskvada Ukraynanın sabiq Baş nazirinin müşavirinin avtomobili partladılıb- YENİLƏNİB

DÜNYA

13 Noyabr 2026 | 12:58 | Müəllif: Əli Hüseynov

Moskvada Ukraynanın sabiq Baş nazirinin müşavirinin avtomobili partladılıb- YENİLƏNİB

Sergey Zavorotnı Moskvada avtomobil partlayışı nəticəsində sol qolunu itirib.

Bakıvaxtı.az xəbər verir ki, o, beyin əzilməsi, sol qolunun çiyin səviyyəsində travmatik amputasiyası, qabırğalarının sınığı və sağ baldır sümüyünün açıq sınığı ilə xəstəxanaya yerləşdirilib.

    Qeyd edək ki, bu gün Moskvanın Çertanovo rayonunun Kirovoqradskaya küçəsində Zavorotnının avtomobili hərəkətdə olarkən partladılıb. Partlayışın dalğası sükan arxasında olan Zavorotnını çölə atıb.

    Faktla bağlı Rusiya İstintaq Komitəsində cinayət işi açılıb.

    Avtomobilin sürücü tərəfdən alt hissəsinə maqnitli 300 qram tratili olan partlayıcı qurğu yerləşdirildiyi bildirilib.

    ***

    12:03

    Moskvada avtomobil partlayıb.

    Bakıvaxtı.az xəbər ki, insident paytaxtın cənubunda, Çertanovo rayonunun Kirovoqradskaya küçəsində baş verib.

      Hadisə şahidlərinin bildirdiyinə görə, hərəkətdə olan "Toyota" markalı avtomobil partlayıb. Partlayışın dalğası çox güclü olub.

      Bir nəfərin yaralandığı bildirilib.


      Batıgöz reklamMedia İnkişaf

      SON XƏBƏRLƏR

      20 Noyabr 2026