• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Azərbaycanla daimi sülh üçün çox real şansımız var"

DÜNYA

14 Noyabr 2026 | 14:14 | Müəllif: Subhan Mahmudov

"Azərbaycanla daimi sülh üçün çox real şansımız var"

Azərbaycanla daimi sülh üçün çox real şansımız var.

Bakıvaxtı.az bildirir ki,  bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Dublində Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevlə keçirdiyi görüşün yekunlarına dair çıxışında bildirib.

"Azərbaycan Prezidenti ilə görüşüm oldu və bilirsiniz, bu görüşdən gəldiyim qənaət belədir: hazırda bizim möhkəm, yekun, daimi və etibarlı sülhü bərqərar etmək üçün çox real və tarixi şansımız var. Bu fürsətdən istifadə etməmək isə bağışlanmaz olardı",- deyə Paşinyan bildirib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində keçirilən "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026