• Bakı 13° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

DÜNYA

14 Noyabr 2026 | 22:43 | Müəllif: Gülşən Şərif

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

Almaniya üçün Alternativ (AfD) partiyası Almaniya prezidentliyinə rəsmi olaraq öz namizədini irəli sürüb. Bu, keçmiş alman futbolçu və 1990-cı ilin dünya çempionu Tomas Bertolddur.

Bakıvaxtı.az xəbər verir ki, AfD-nin həmsədrləri Tino Çrupalla və Alis Vaydel onun namizədliyini partiyanın 10-cu iclasında açıqlayıblar.

"Tomas Bertoldun timsalında bütün almanların maraqlarını həqiqətən təmsil edə biləcək bir namizəd tapdıq", - deyə onlar bildiriblər.

Bununla belə, ekspertlər keçmiş futbolçunun prezident seçilmək şansını o qədər də yüksək hesab etmirlər.

Qeyd edək ki, 2027-ci il yanvarın 30-da Almaniya Federal Assambleyası növbəti prezidenti seçmək üçün toplanacaq. İki dəfə prezident seçilən Frank-Valter Ştaynmayer qanunvericiliyə əsasən yenidən bu posta namizəd ola bilməz.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026