Türkiyənin Kahramanmaraş şəhərində Aşıq Kamberi kimi tanınan 72 yaşlı xalq ozanı Kamber Biçici avtovağzalın tualetində ölü tapılıb.
Bakıvaxtı.az xəbər verir ki, terminalın tualetində hərəkətsiz vəziyyətdə olan şəxsi görənlər hadisə barədə aidiyyəti qurumlara məlumat veriblər. Aparılan yoxlama zamanı onun həyatını itirdiyi müəyyən edilib.
Mərhumun meyiti ölüm səbəbinin dəqiqləşdirilməsi üçün məhkəmə-tibbi ekspertiza morquna aparılıb. Polis hadisə ilə bağlı araşdırma aparır.
Türkiyədə aşıq avtovağzalın tualetində ölü tapıldı
DÜNYA
15 Noyabr 2026 | 11:51 | Müəllif: Zeynəb Rzayeva

SON XƏBƏRLƏR
28 Noyabr 2026
23:47















