• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Çexiyada son 40 ilin ən böyük etirazı...

DÜNYA

15 Noyabr 2026 | 23:16 | Müəllif: Əli Hüseynov

Çexiyada son 40 ilin ən böyük etirazı...

Çexiyada son 40 ilin ən böyük etiraz aksiyası keçirilir. Praqada müstəqil medianın dəstəklənməsi məqsədilə keçirilən mitinqdə 400 mindən çox insan iştirak edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çexiya mediası məlumat yayıb.

Məlumata görə, təşkilatçılar ictimai medianın maliyyələşmə sistemində aparılması nəzərdə tutulan islahatlara qarşı çıxırlar. Hazırda ictimai medianın fəaliyyəti vətəndaşlardan və şirkətlərdən toplanan ödənişlər hesabına maliyyələşir. Nazirlər Kabineti isə bu maliyyələşməni dövlət büdcəsi hesabına həyata keçirməyi təklif edir.

Aksiyaçılar bunun kütləvi informasiya vasitələrinin müstəqilliyinə təsir göstərəcəyini ehtimal edirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026