• Bakı 8° C

    11.75 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

“Taliban” bunu qadağan edib

DÜNYA

15 Noyabr 2026 | 18:47 | Müəllif: Əli Hüseynov

“Taliban” bunu qadağan edib

“Taliban” hərəkatının hakimiyyət orqanları Əfqanıstanın Qəndəhar əyalətindəki radiostansiyalara ölkədə populyarlığı ən sürətlə artan idman növlərindən biri olan kriketlə bağlı istənilən materialı yayımlamağı qadağan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFP agentliyi iki radiostansiya nümayəndəsinə və əyalət hakimiyyət orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

    Qəndəharın İnformasiya və Mədəniyyət Departamentindəki anonim qalmaq istəyən mənbənin sözlərinə görə, qadağa kriketlə bağlı bütün materiallara, o cümlədən xəbərlərə, şərhlərə və Əfqanıstan millisinin qələbələri barədə məlumatlara şamil olunur.

    İki yerli radiostansiyanın rəhbərləri hakimiyyət orqanlarından müvafiq göstəriş aldıqlarını təsdiqləyiblər. Onlardan biri bildirib ki, departamentin əməkdaşları radiostansiyaya zəng edərək efirdə kriket yarışlarını işıqlandırmağın artıq qadağan olunduğunu bildiriblər. Digər radiostansiyanın nümayəndəsi isə qadağanın növbəti bildirişədək qüvvədə olacağını deyib.

    Əfqanıstan Kriket Şurası hələlik AFP agentliyinin şərh almaq üçün göndərdiyi sorğuya cavab verməyib.

    Bu qərar xüsusilə gözlənilməz görünür, çünki “Taliban” hakimiyyəti daha əvvəl bu idman növünə dəstək nümayiş etdirib. Belə ki, avqust ayında hərəkatın hakimiyyətə qayıtmasının ildönümü münasibətilə keçirilən tədbirlər çərçivəsində ölkədə kriket oyunları təşkil olunub.

    Bununla yanaşı, “Taliban” bir sıra digər idman növlərinə də məhdudiyyətlər tətbiq edib. Xüsusilə, qarışıq döyüş növləri qadağan olunub. Kişilərə və oğlanlara kriket oynamağa icazə verilsə də, qadınlar və qızlar ictimai həyatın demək olar ki, bütün sahələrini əhatə edən məhdudiyyətlər çərçivəsində idman zallarına və ümumiyyətlə idmanla məşğul olmaq imkanına malik deyillər.

    Qəndəhar “Taliban” hərəkatı üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, hərəkatın ali liderinin iqamətgahı məhz burada yerləşir.

    Bu arada Əfqanıstanın kişi kriket millisi Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində Zimbabve yığmasına qarşı ikinci test matçını keçirir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    14 Noyabr 2026