• Bakı 8° C

    11.75 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

"Kür"  mübarizəni dayandırıb

İDMAN

15 Noyabr 2026 | 18:41 | Müəllif: Əli Hüseynov

"Kür" mübarizəni dayandırıb

Qadınlardan ibarət "Kür" həndbol komandası EHF Avropa Kubokunda mübarizəni dayandırıb.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin III təsnifat mərhələsinin cavab oyununda Şimali Makedoniyanın "WHC Çair" kollektivi ilə üz-üzə gəlib.

"Kür" Olimpiya Tədris-İdman Mərkəzində baş tutan matçda qonaq komanda qələbə qazanıb - 32:21. Bununla da Azərbaycan təmsilçisi EHF Avropa Kuboku ilə vidalaşıb.

Tərəflər arasında ilk matçda da rəqib komanda qalib 27:24 gəlmişdi.

Xatırladaq ki, "Kür" II raundda Kiprin APOEL klubunu mübarizədən kənarlaşdırıb - 40:18, 39:13.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026