• Bakı 10° C

    7.09 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Daha bir vəkil həbs edildi

HADİSƏ

16 Noyabr 2026 | 10:29 | Müəllif: Əli Hüseynov

Daha bir vəkil həbs edildi

Azərbaycanda daha bir vəkil həbs edilib.

Bakıvaxtı.az qafqazinfo-ya istinadla xəbər verir ki, vəkil Elçin Əmirov polis tərəfindən tutulub.

9 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkil polisə daxil olan vətəndaş şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq-təkrar törədildikdə) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmə qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. 

Vəkil hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.

Qeyd edək ki, 2 gün əvvəl də vəkil Raman Abışov həbs edilmişdi. O, hədə-qorxu ilə tələb etməkdə ittiham olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026