Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu, S.Əsgərova küçəsində vətəndaşların köməyə ehtiyacının olması barədə məlumat daxil olub.
Nazirlikdən Bakıvaxtı.az-a bildirlib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, güclü külək nəticəsində irigövdəli ağacın aşaraq fərdi yaşayış evinin giriş-çıxış hissəsini bağlaması səbəbindən 2 nəfər sakinin evi tərk edə bilmədiyi müəyyən olunub.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə vətəndaşları təxliyə ediblər.
















