Çin və ABŞ silahlı qüvvələr arasında gözlənilməz vəziyyətlərin qarşısını almaq üçün razılaşma üzərində işləyirlər.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə "South China Morning Post" (SCMP) mənbələrə istinadən bildirib.
"Mənbələrin məlumatına görə, Şençjen sammitinə qədər ABŞ və Çin öz hərbçiləri arasında insidentlərin qarşısını almaq üçün razılaşmalar üzərində razılığa gəlməyə çalışırlar. Lakin, ABŞ administrasiyası daxilində fikir ayrılıqları səbəbindən proses ləng irəliləyir", - SCMP bildirib.
Razılaşma iki ölkə arasında hərbi böhranlar zamanı rabitə kanalları və onların qarşısının alınması ilə bağlı anlaşma memorandumuna aiddir. SCMP-nin məlumatına görə, razılaşma ilk dəfə Pekin tərəfindən Çin Sədri Si Cinpinin ötən ilin sentyabrında Vaşinqtona səfərindən sonra qeyd edilib. Bir mənbə məsələnin sentyabrda da Çin-ABŞ sammiti zamanı müzakirə olunduğunu aydınlaşdırıb.
Mənbələr qeyd edib ki, Ağ Ev, Pentaqon və Dövlət Departamenti mümkün memorandumun məzmunu ilə bağlı fərqli fikirlərə malikdirlər; lakin ABŞ və Çin fikir ayrılıqlarını həlli cəhdinə davam edirlər.
















