• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

AZAL-dan Bakı-İstanbul marşrutu üzrə QƏRAR

CƏMİYYƏT

16 Noyabr 2026 | 09:26 | Müəllif: Əli Hüseynov

AZAL-dan Bakı-İstanbul marşrutu üzrə QƏRAR

Azərbaycan Hava Yolları (AZAL) 2027-ci il yanvarın 4-dən etibarən Bakı-İstanbul marşrutu üzrə bütün reyslərini İstanbul Beynəlxalq Hava Limanı (IST) vasitəsilə həyata keçirməyi planlaşdırır.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq “Azərbaycan Hava Yolları” QSC-dən bildirilib.

    Məlumata görə, bu dəyişiklik aviaşirkətin uçuş proqramının optimallaşdırılması çərçivəsində həyata keçirilir və reyslərin regionun ən böyük beynəlxalq aviasiya qovşaqlarından birində cəmləşdirilməsini nəzərdə tutur.

    “Məqsəd uçuşların təşkilində səmərəliliyi artırmaq, eyni zamanda İstanbul Beynəlxalq Hava Limanının geniş beynəlxalq marşrut şəbəkəsi sayəsində sərnişinlərə növbəti səyahətlərini planlaşdırmaq üçün daha əlverişli imkanlar yaratmaqdır”, - məlumatda qeyd olunur.

    Qeyd edək ki, sosial şəbəkələrdə AZAL-ın yeni ildən İstanbulun Sabiha Gökçen Beynəlxalq Hava Limanına uçuşları dayandıracağı barədə məlumatlar yayılıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    20 Noyabr 2026