İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi ötən gecə Pakistana səfər edib.
Bakıvaxtı.az xəbər verir ki, bu haqda İran mediası məlumat yayıb.
O, siyasi-iqtisadi nümayəndə heyətinin müşayiəti ilə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirlərinin 30-cu iclasında iştirak etmək üçün Pakistanın paytaxtı İslamabada gedib.
















