• Bakı 10° C

    7.09 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Bakıda güclü külək 32 ağacı sındırıb

CƏMİYYƏT

16 Noyabr 2026 | 09:52 | Müəllif: Əli Hüseynov

Bakıda güclü külək 32 ağacı sındırıb

Bakıda güclü külək 32 ağacı sındırıb.

Bu barədə Bakıvaxtı.az-a Baki Şəhər İcra Hakimiyyətindən bildirilib.

Bildirilib ki, Bakıda ötən gündən etibarən müşahidə olunan güclü külək bütün gecə boyu davam edib. Bununla əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejiminə fəaliyyət göstərib və küləyin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirirlər.

Noyabrın 15-i axşam saatlarından başlayaraq əsən güclü külək nəticəsində ümumilikdə 32 ağac sınıb, 36 ağacın isə budaqları qırılıb.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin növbətçi briqadaları hadisə yerlərinə operativ şəkildə cəlb olunub. Sınmış ağaclar və qırılmış budaqlar xüsusi texnika və əməkdaşların köməyi ilə ərazilərdən götürülüb, ətrafda təmizlik işləri aparılıb. Hadisələrin qeydə alındığı ərazilərdə piyadaların və nəqliyyat vasitələrinin hərəkətinə maneə yarada biləcək qalıqların aradan qaldırılması təmin edilib.

Qeyd edək ki, güclü küləkli hava şəraitinin davam etməsi ehtimalı nəzərə alınaraq Birliyin əməkdaşları şəhərin yaşıllıq ərazilərində nəzarət və monitorinq tədbirlərini həyata keçirirlər.


Bakıda güclü külək 32 ağacı sındırıbBakıda güclü külək 32 ağacı sındırıbBakıda güclü külək 32 ağacı sındırıb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026