Bakının Sabunçu və Nəsimi rayonları ərazisində yerləşən mağaza və evlərdən oğurluqlar edilib.
Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, polisin keçirdiyi tədbirlərlə Sabunçu rayonu ərazisindəki mağazalardan birindən 2 620 manat dəyərində qızıl-zinət əşyasını oğurlamaqda şübhəli bilinən mağazanın əməkdaşı Ş.Əsədova, Nəsimi rayonu ərazisindəki evlərdən birindən 2 000 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən N.Rəsulov müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
















