• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gələn ilin büdcəsində hansı sahələr prioritet olacaq? - AÇIQLANDI 

SİYASƏT

16 Noyabr 2026 | 11:12 | Müəllif: Günəş Mərd

Gələn ilin büdcəsində hansı sahələr prioritet olacaq? - AÇIQLANDI

"2027-ci ilin dövlət büdcəsində ərazilərin yaşıllaşdırılması, işğaldan azad edilmiş torpaqların minalardan təmizlənməsi və bərpası, əhalinin doğma yurdlarına qayıdışı əsas prioritetlər sırasında olacaq".

Bakıvaxtı.az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova bunu parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O bildirib ki, süni intellekt texnologiyalarının tətbiqi, təmiz ətraf mühitin və yaşıl artımın təmin olunması da büdcənin prioritet istiqamətlərindəndir.

Spikerin sözlərinə görə, 2027-ci ilin dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan sənədlər parlament komitələrinin iclaslarında geniş müzakirə olunub və plenar iclasa tövsiyə edilib.

S.Qafarova əlavə edib ki, ənənəyə uyğun olaraq, parlamentdə təmsil olunan siyasi partiyaların rəhbərləri və nümayəndələri də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasına dəvət olunub, onlara fikirlərini ifadə etmək imkanı yaradılıb.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026