• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gideon Saar İsrailin daxili işlər naziri postunu da tuta bilər

DÜNYA

10 Noyabr 2026 | 15:37 | Müəllif: Subhan Mahmudov

Gideon Saar İsrailin daxili işlər naziri postunu da tuta bilər

İsrailin xarici işlər naziri Gideon Saar həmçinin ölkənin daxili işlər nazirliyinin rəhbəri postunu tuta bilər.

Bakıvaxtı.az "The Times of Israel"ə istinadən xəbər verdiyinə görə, bu barədə "Likud" partiyasının bəyanatında deyilir.

Saarın DİN rəhbəri vəzifəsinə təyin edilməsi məsələsi noyabrın 11-də Nazirlər Kabinetinin iclasında səsverməyə çıxarılacaq. Əvvəlcə bu vəzifə "Likud"un parlament fraksiyasının rəhbəri Ofir Katsa təklif olunmuşdu, lakin o, fraksiyanın işinə diqqətini cəmləmək niyyətində olduğunu bildirərək vəzifədən imtina etmişdi.

Daxili işlər naziri postu 2025-ci ilin iyulundan, ŞAS partiyasının nümayəndəsi Moşe Arbelin istefaya getdiyi vaxtdan boş qalırdı. Onun getməsindən sonra idarənin rəhbərinin bir sıra səlahiyyətləri İsrailin Baş naziri Binyamin Netanyahuya keçmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026