• Bakı 7° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Gürcüstan 91 əcnəbini deportasiya edib

DÜNYA

10 Noyabr 2026 | 17:21 | Müəllif: Subhan Mahmudov

Gürcüstan 91 əcnəbini deportasiya edib

Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti son günlər ərzində 91 əcnəbi vətəndaşı ölkədən deportasiya edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın İctimai Televiziyası (1TV) məlumat yayıb.

Bildirilib ki, Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq hüquq-mühafizə bölmələri ilə koordinasiyalı şəkildə bir sıra kompleks tədbirlər həyata keçiriblər.

Nəticədə Türkiyə, Türkmənistan, Özbəkistan, Azərbaycan, Rusiya, Pakistan, İordaniya, Ermənistan, Tailand, Tacikistan, Misir, Hindistan, Konqo, Nigeriya, Sudan, Uqanda, Filippin, Çin, İraq və digər ölkələrin vətəndaşları Gürcüstandan deportasiya ediliblər.

Mövcud qanunvericiliyə əsasən, ölkədən çıxarılan şəxslərin Gürcüstana yenidən daxil olmasına qadağa qoyulub.

Qeyd edək ki, 2026-cı ilin əvvəlindən indiyədək Gürcüstandan 3 700-dən çox əcnəbi deportasiya edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026