• Bakı 8° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bakıda bu xəstəxana təmirə BAĞLANIR

CƏMİYYƏT

10 Noyabr 2026 | 11:26 | Müəllif: Subhan Mahmudov

Bakıda bu xəstəxana təmirə BAĞLANIR

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır.

Bakıvaxtı.az Baku.ws-ə istinadən xəbər verir ki, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub.

Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməsi nəzərdə tutulur.

Müəssisədə olan xəstələr artıq başqa ünvana köçürülüb. Qısa müddətdən sonra binada təmir işlərinə start veriləcək.

Qeyd edək ki, Saray qəsəbəsində Modul tipli vərəm əleyhinə xəstəxana fəaliyyət göstərir. Mərdəkan qəsəbəsində isə 9 saylı Ağciyər və Vərəm Dispanseri yerləşir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026