• Bakı 8° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Qazaxda avtomobil YANDI

HADİSƏ

10 Noyabr 2026 | 11:20 | Müəllif: Subhan Mahmudov

Qazaxda avtomobil YANDI

Qazax şəhərində avtomobildə yanğın baş verib.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qazax şəhərində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində vətəndaşa məxsus "QAZ-24" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026