• Bakı 7° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Seçkilər saxtalaşdırılıb? - Trampdan növbəti iddia

DÜNYA

09 Noyabr 2026 | 21:30 | Müəllif: Subhan Mahmudov

Seçkilər saxtalaşdırılıb? - Trampdan növbəti iddia

ABŞ Prezidenti Donald Tramp Konqresə seçkilərin saxtalaşdırıldığını iddia edib.

Bakıvaxtı.az xəbər verir ki, Tramp bu barədə özünün “Truth social” səhifəsindəki paylaşımında yazıb.

"Doğrudanmı kimsə bu seçkinin dürüst keçirildiyinə inanır? Sorğuların nəticələri necə bu qədər yanlış ola bilərdi? Erkən səsvermə zamanı qeydə alınan bəzi səslər o qədər böyük idi ki, nə qədər insan səs verməyə getsə də, qalib gəlmək mümkün deyildi. Hər şey seçicidən daha vacib olan səsvermə maşınları ilə bağlıdır”, - Tramp bildirib.

Qeyd edək ki, Konqresə keçirilən aralıq seçkilərdə Demokratlar Partiyası böyük üstünlüklə qalib gəlib.

Tramp 2020-ci ildə prezident seçkilərini uduzanda da seçkilərin saxtalaşdırıldığını iddia etmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026