• Bakı 12° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Röya Ayxanın adından dələduzluq - FOTO

ŞOU

10 Noyabr 2026 | 12:15 | Müəllif: Subhan Mahmudov

Röya Ayxanın adından dələduzluq - FOTO

Xalq artisti Röya Ayxanın adından Niderlandın paytaxtı Amsterdamda keçirilməsi nəzərdə tutulan konsertlə bağlı saxta elanlar yayılıb.

Bakıvaxtı.az Globalinfo.az-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan afişalarda müğənninin 2027-ci il yanvarın 30-da Amsterdamdakı “De Koning Saal”da səhnəyə çıxacağı qeyd olunub.

Elanlarda sənətçinin fotolarından istifadə edilib, bilet almaq istəyənlər üçün əlaqə nömrələri də göstərilib.

Yayılan məlumatlarla bağlı Röya Ayxan özü açıqlama verərək həmin tarixdə və məkanda konsertinin nəzərdə tutulmadığını bildirib. O, afişaların rəsmi komandası tərəfindən hazırlanmadığını vurğulayıb.

Xalq artisti izləyicilərinə saxta elanlara aldanmamaq, həmin nömrələr vasitəsilə bilet sifariş etməmək və ödəniş etməmək barədə xəbərdarlıq edib. Müğənni konsertləri ilə bağlı doğru məlumatların yalnız rəsmi sosial media hesablarında paylaşılacağını diqqətə çatdırıb.


Röya Ayxanın adından dələduzluq - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026