• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İzmirdə zavodda baş verən partlayışla bağlı 11 nəfər saxlanılıb

DÜNYA

10 Noyabr 2026 | 15:46 | Müəllif: Subhan Mahmudov

İzmirdə zavodda baş verən partlayışla bağlı 11 nəfər saxlanılıb

Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda baş verən partlayışla bağlı saxlanılan şəxslərin sayı 11-ə çatıb.

Bakıvaxtı.az "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyə ədliyyə nazirinin müavini Can Tuncay deyib.

Onun sözlərinə görə, hadisə ilə bağlı 11 şübhəli haqqında həbs qərarı verilib.

Qeyd edək ki, 17 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı ötən gün aparılan ilkin araşdırmalar nəticəsində təqsiri olduğu müəyyən edilən 6 şübhəli saxlanılmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026